Bakıda itkin düşən  keçmiş hərbçi müəmmalı şəkildə  öldü
25 noyabr 2025 17:42 (UTC +04:00)

Bakıda itkin düşən keçmiş hərbçi müəmmalı şəkildə öldü

0

Bakıda yarımtikilidə meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, X.Ələkbərov küçəsində qeydə alınıb.

62 yaşlı Kutais Şəkər oğlu Xəlilovun meyiti həmin küçədəki yarımtikilidə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun ölüm səbəbi isə bəlli deyil.

Məlumata görə, mərhum noyabrın 22-də yaşadığı Xətai rayonu ərazisində itkin düşüb və axtarışda olub. Mərhum keçmiş hərbçi olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar