Azərbaycanlı yeniyetmə namaza görə  polisi bıçaqladı  - VİDEO
25 noyabr 2025 10:28 (UTC +04:00)

Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı - VİDEO

0

Rusiyanın Moskva vilayətində 16 yaşlı azərbaycanlı ticarət mərkəzinin mühafizəçilərinə və kriminal axtarış şöbəsinin əməkdaşlarına hücum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, həmin gün informasiya texnologiyaları kollecinin birinci kurs tələbəsi olan yeniyetmə axşam namazını Orexov bulvarındakı ticarət mərkəzində qılmaq istəyib.

O, xalçasını sərib ətrafdakılara heç bir fikir vermədən ibadətə başlayıb.

Tələbəni iki mühafizəçi görüb. Onlar yaxınlaşıb ondan namazı dayandırmağı xahiş ediblər. Bu, yeniyetməni qəzəbləndirib və o, mühafizəçilərdən birinə bıçaqla hücum edib. O, kişiyə iki dəfə zərbə vurub və hadisə yerindən qaçıb. Yaralı kişi xəstəxanaya yerləşdirilib. Ona qeyri-penetrasiya (daxilə keçməyən) bıçaq yarası diaqnozu qoyulub.

Yerli Daxili İşlər Şöbəsinin polis əməkdaşları yeniyetmənin ardınca yola düşüblər. Onu “Domodedovskaya” metro stansiyası yaxınlığında tutmağa nail olublar. Bu zaman o, yenidən bıçağa əl atıb və nəticədə 27 yaşlı baş leytenantın qolunun ön hissəsinə (biləyin yuxarı hissəsinə) xəsarət yetirib. Məlumata görə, həmin polis əməkdaşı 2017-ci ildən hüquq-mühafizə orqanlarında xidmət edir. Baş leytenant və onun həmkarı yeniyetməni saxlayıblar. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Ona dərin yara diaqnozu qoyulub və tikiş vurulub.

Saxlanılan şəxsin etnik azərbaycanlı olduğu müəyyənləşdirilib. Məlumata görə, o, yaxınlarda valideynləri ilə birlikdə Moskva regionuna köçüb və kollecə qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 756

Oxşar yazılar