Mühafizəçilər mağazada müştərini döyüb öldürdülər
25 noyabr 2025 18:10 (UTC +04:00)

Mühafizəçilər mağazada müştərini döyüb öldürdülər

0

Rusiyanın Yekaterinburq şəhərində 33 yaşlı kişini mağazada döyüb öldürüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Pexotintsev küçəsi 7 ünvanında yerləşən mağazada baş verib. Qonşu ticarət obyektindən çağırılan mühafizəçilər müştəriyə qarşı özbaşına cəza tətbiq ediblər.

Döyülmədən sonra huşunu itirən kişi əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Polis əməkdaşları artıq şöbədə müəyyən ediblər ki, həmin şəxs hadisə yerində ölüb.

Mərhumun bacısının sözlərinə görə, qardaşı demək olar ki, üç saat ərzində işgəncəyə məruz qalıb. Qızın dediyinə görə, onu döyənlərin azı dörd nəfər olduğu güman edilir. Onlar dəyənəklərdən istifadə edib, mərhumun barmaqlarını sındırıb və boğublar. Lakin hazırda yalnız bir özəl mühafizə əməkdaşı şübhəli şəxs qismində tanınıb.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar