Bakıda iş adamı faciəvi  şəkildə öldü
09 avqust 2024 17:10 (UTC +04:00)

Bakıda iş adamı faciəvi şəkildə öldü

Bakıda kişi hündürlükdən yıxılıb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 49 yaşlı Şahzadə Zahid Musa oğlu yaşadığı evin damından yıxılaraq, ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bakıxanov qəsəbəsində özünə ev tikdirirmiş. Mərhum ustaların əl işinə baxmaq üçün dama çıxıb. Bu zaman yıxılaraq, ağır xəsarət alıb. Z.Şahzadə bir neçə il əvvələ qədər Bakıda daş karxanasına rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452
avatar

Mehman Nəbiyev

Oxşar yazılar