Bakıda insanların hərəkəti üçün yaranmış TƏHLÜKƏ ARADAN QALDIRILDI
14 may 2021 23:50 (UTC +04:00)

Bakıda insanların hərəkəti üçün yaranmış TƏHLÜKƏ ARADAN QALDIRILDI

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakının Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2609

Oxşar yazılar