Sökülən tikinti
23 dekabr 2022 12:18 (UTC +04:00)

Sökülən tikinti

Bakıda iki qanunsuz tikinti söküldü - VİDEO

0

Bakıda iki məkanda qanunsuz tikintinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolunun 4-cü kilometrliyində və Xətai rayonu, General Şıxlinski küçəsi, 100 ünvanında yoxlamalar aparılıb. Həmin tikintilərin müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1886

Oxşar yazılar