Bakıda iki avtomobil toqquşdu
12 fevral 2022 03:15 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşdu

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Haval” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. Nəticədə “Haval” qarşıda hərəkətdə olan “Azsamand” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar