Bakıda  iki avtobus  toqquşdu: yaralananlar var
24 iyun 2021 15:43 (UTC +04:00)

Bakıda iki avtobus toqquşdu: yaralananlar var

Bu gün saat 13:30-də M.Useynov prospektində 5 və 125 saylı müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Lent.az-a verilən məlumata görə, qurum tərəfindən hadisə dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır:

"Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub. 

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb".

# 1833
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar