Bakıda həyətdən 1 tona yaxın narkotik tapıldı
25 avqust 2021 19:06 (UTC +04:00)

Bakıda həyətdən 1 tona yaxın narkotik tapıldı

Bakıda külli miqdarda narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Səbail rayonunun Badamdar qəsəbə sakini H.Əlizadəyə məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu, 31,5 kiloqrama yaxın marixuana və 19,9 kiloqramdan artıq çətənə bitkisi aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004
avatar

Mehman Nəbiyev

Oxşar yazılar