Bakıda həyat yoldaşını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
22 may 2021 23:44 (UTC +04:00)

Bakıda həyat yoldaşını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

0

APA-nın məlumatına görə, Bakının Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həyat yoldaşını bıçaqlayan Ramil Atakişiyev saxlanılıb.

***

23:05

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Atakişiyeva Səbirə Ənvər qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3361

Oxşar yazılar