Bakıda hərbi sursatlar aşkarlandı - FOTO
12 fevral 2022 14:18 (UTC +04:00)

Bakıda hərbi sursatlar aşkarlandı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN )“112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd M-75 qumbarasının partladıcısı, 1 ədəd DM-11 tüstü minası və 60 ədəd müxtəlif çaplı patron olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1635
avatar

Oxşar yazılar