Azərbaycanda daha bir məhbus ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Bakı şəhərindəki həbsxanalardan birində qeydə alınıb. Orada saxlanılan Yaşar Bəyağa oğlu Quliyev vəfat edib.
Onun xəstəlikdən öldüyü bildirilir. Lakin ölümün dəqiq səbəbləri təyin olunmuş ekspertizadan sonra müəyyən ediləcək.
Qeyd edək ki, bununla da son iki ayda həbsxanada ölənlərin sayı 10 nəfərə çatıb.