Bakıda canına qəsd etdiyi deyilən tələbə qız "DİRİLDİ" - MÜƏMMALI OLAY
30 noyabr 2022 10:35 (UTC +04:00)

Bakıda canına qəsd etdiyi deyilən tələbə qız "DİRİLDİ" - MÜƏMMALI OLAY

Ötən gün tələbə qızın paytaxt Bakıda yaşadığı mənzilin eyvanında özünü asdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Lent.az xəbər verir ki, özünə qəsd etdiyi xəbəri yayılan R.R Milli.Az-la əlaqə saxlayaraq bu məlumatı onun şəxsi profilinin parolunu sındıraraq kənar bir şəxsin daxil olub bilərəkdən barəsində həqiqəti əks etdirməyən belə bir xəbər yaydığını bildirib.

Qeyd edək ki, dünən özünü R.R-nın tələbə yoldaşı və eyni zamanda onun rəfiqəsi kimi təqdim edən bir şəxs ölüm xəbərini məhz R.R-nın şəxsi Facebook hesabından məlumat vermişdi. O, intihar etdiyini iddia etdiyi qızın "Facebook" hesabından ardıcıl bir neçə status və onunla "xatirələri" ilə bağlı digər paylaşımlar edərək R.R-nın canına qıydığını, artıq həyatda olmadığını bildirib.

Həmin şəxs öldüyünü bildirdiyi "rəfiqəsinin" intihardan öncə ona sosial şəbəkə hesabının parolunu öz əlləri ilə verdiyini və ilk öncə onun bunu hansı səbəbdən etdiyini anlamadığını bildirməklə, dostluğundakı şəxsləri R.R-nın artıq həyatda olmadığına inandırmağa çalışıb.

***
29.11.2022

Saat: 16:14

Bakıda gənc qız intihar edib.

Lent.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, gənc yaşlarında olan Roza Ramazanova bu gün Bakı şəhərində özünü öldürüb.

Onun hansı səbəbdən bu addımı atması isə bilinmir.

Roza Ramazanova

# 5424
avatar

Oxşar yazılar

Bakıda polis maşını qəzaya düşdü,  1 nəfər   - FOTO

Bakıda polis maşını qəzaya düşdü, 1 nəfər - FOTO

9 fevral 2023 , 02:35
Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salındı - FOTO

Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salındı - FOTO

8 fevral 2023 , 21:02
Türkiyədə zəlzələdə ölənlərin sayı  9 mini keçdi   - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 9 mini keçdi - YENİLƏNİB

8 fevral 2023 , 19:28
Azərbaycanda oğlan dayısını kürəyindən VURDU

Azərbaycanda oğlan dayısını kürəyindən VURDU

8 fevral 2023 , 19:11
Tanınmış vəkildən general oğluna qarşı yarım milyonluq DƏLƏDUZLUQ

Tanınmış vəkildən general oğluna qarşı yarım milyonluq DƏLƏDUZLUQ

8 fevral 2023 , 17:50
Azərbaycanda kişi  bədbəxt hadisə   nəticəsində öldü

Azərbaycanda kişi bədbəxt hadisə nəticəsində öldü

8 fevral 2023 , 17:22
Balaəli

"Range Rover"i ilə avtobusun yolunu kəsən Balaəli DANIŞDI

8 fevral 2023 , 16:21
"Respublikanski"də xəstə özünü öldürdü

"Respublikanski"də xəstə özünü öldürdü

8 fevral 2023 , 16:14