Bakıda gənc müəllim VƏFAT ETDİ  - FOTO
12 fevral 2022 11:44 (UTC +04:00)

Bakıda gənc müəllim VƏFAT ETDİ - FOTO

Bakıdakı Məktəb Lisey Kompleksinin kollektivinə ağır itki üz verib.

Lent.az xəbər verir ki, bu barədə Məktəb Lisey Kompleksinin direktoru Esmira Quliyeva məlumat yayıb.

Belə ki, məktəbin ingilis dili müəllimi, peşəkar təhsil işçisi Pərvanə Mahir qızı Muradi vəfat edib.

Məktəb direktoru bildirib ki, gənc müəllimin vaxtsız vəfatı onları sarsıdıb:

“Biz əsl müəllim, bir dəyər itirdik. Pərvanə müəllim həmişə yeni-yeni ideyaları ilə hamıya kömək etməyə, faydalı olmağa çalışırdı. Kollektivimiz adından ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına səbir diləyirik. Allah Pərvanəmizin məkanını cənnət etsin!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Fidan İlqar

Oxşar yazılar