Bakıda fəhlə zavodda FACİƏVİ  şəkildə öldü
06 iyul 2022 13:54 (UTC +04:00)

Bakıda fəhlə zavodda FACİƏVİ şəkildə öldü

Bakıda zavodda bədbəxt hadisə baş verib.

Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə iyulun 5-də saat 18 radələrində Qala qəsəbəsində yerləşən Bakı elektrik maşınqayırma zavodunda olub. Burada fəhlə işləyən 37 yaşlı Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

# 1293
avatar

Mehman Nəbiyev

Oxşar yazılar