Bakının Nəsimi rayonunda qadın pəncərəni siləndə binadan yıxılıb.
Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 113/34 ünvanında baş verib.
Belə ki, 32 yaşlı Bayramova İlahə Səyyad qızı yaşadığı mənzilin pəncərəsini silərkən yıxılıb.
O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
7 Sentyabr, saat: 18:07
Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Lent.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 17:30-da Əlövsət Quliyev küçəsində Bayramova İlahə Səyyad qızı özünü ikimərtəbəli binanın damından atıb.
O, hadisə yerində ölüb.
Ərazi polis tərəfindən nəzarətə götürülüb.