Bakıda evlərdən 5 meyit tapıldı
02 dekabr 2025 10:30 (UTC +04:00)

Bakıda evlərdən 5 meyit tapıldı

1

Bakıda evlərdən 5 meyit tapılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Təvəkkül İsmayıl oğlu Səfərovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Binəqədi rayonu, Cavadxan küçəsi ev 3 mənzil 58-də tapılıb. 

1966-cı il təvəllüdlü Asif Behbud oğlu Hümbətovun üzərində zorakılıq əlaməti görünməyən meyiti yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsindəki evdə aşkar edilib. 

1952-ci il təvəllüdlü Leonid İvanoviç Stepanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Hövsan qəsəbəsindəki evdə tapılıb.

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin sakini, 2012-ci il təvəllüdlü Kəmalə Tərlan qızı Məmmədzadə yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib. 

Bundan başqa, Binəqədi rayonu H.Hüseynov küçəsi ev 11 “A”nın zirzəmisində tüfeyli həyat tərzi keçirən, 1965-ci il təvəllüdlü Faiq Ramazan oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Bütün faktlarla bağlı aidiyyəti üzrə rayon prokurorluqlarında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 732

Oxşar yazılar