Bakıda evin damından meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonunda birmərtəbəli fərdi yaşayış evinin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit aşağı düşürərək aidiyyəti üzrə təhvil verilib.