Bakıda evə basqın edərək 3 nəfəri öldürən TUTULDU:  kürəkən imiş...
01 dekabr 2022 16:27 (UTC +04:00)

Bakıda evə basqın edərək 3 nəfəri öldürən TUTULDU: kürəkən imiş...

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib.   

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 63 yaşlı Elbrus Muradov, oğlu 51 yaşlı Rahil Muradov, həyat yoldaşı 77 yaşlı Şahirə Muradovanı naməlum şəxs kəsici alətlə qətlə yetirib, nəvəsi 25 yaşlı Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb. 

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 46 yaşlı Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

***

Bakıda evə basqın edərək 3 nəfəri öldürən tutulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində hadisənin ailənin keçmiş kürəkəni Nofəlin törətdiyi müəyyən edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib. 

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edən şəxs və ya şəxslər - 83 yaşlı Elbrus Muradovu, oğlu Rahil Muradovu öldürüb, həyat yoldaşı, 77 yaşlı Şahirə Muradovanı və nəvəsi 25 yaşlı Elbrus Ağalarovu yaralayıblar.

77 yaşlı Şahirə Muradova da bu gün dünyasını dəyişib.

# 5208
avatar

Oxşar yazılar