Bakıda evə basqın zamanı yaralanan nənə və nəvənin SON DURUMU  - YENİLƏNİB
30 noyabr 2022 10:43 (UTC +04:00)

Bakıda evə basqın zamanı yaralanan nənə və nəvənin SON DURUMU - YENİLƏNİB

Bakıda evə basqın edən şəxslər tərəfindən bıçaqlanan yaralıların son durumu açıqlanıb. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, Xəzər rayonu, Buzovna qəsəbəsində baş verən hadisə nəticəsində xəsarət alan 3 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Xəsarət alan 1971-ci il təvəllüdlü R.Muradov göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Hazırda tibb müəssisəsində iki nəfərin müalicəsi davam etdirilir. 1945-ci il təvəllüdlü Ş.Muradovanın vəziyyəti ağır, 1997-ci il təvəllüdlü E. Ağalarovun vəziyyəti isə orta ağır qiymətləndirilir.

***

saat 04:17

Bakıda evə basqında bıçaq xəsarəti alan şəxs reanimasiyaya yerləşdirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, 3 nömrəli xəstəxanaya başından bıçaq xəsarətləri alaraq yerləşdirilən 1997-ci il təvəllüdlü Elbrus Ağalarov həkimlərin tibbi yardımından sonra evə buraxılıb. 

Başından bıçaq xəsarətləri alan 1945-ci il təvəllüdlü Şahirə Muradovanın vəziyyəti isə ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
 

***

22.11

Buzovna qəsəbəsində evə basqın zamanı yaralanan şəxs dünyasını dəyişib.

Lent.az APA-ya istinadla xəbər verir ki, 51 yaşlı Rahil Muradov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Zərərçəkənlərin qohumları APA-nın müxbirinə deyib ki, hadisə ev sahibləri evdə olarkən baş verib. Həkimlərin bildirdiyinə görə, zərərçəkənlərin hamısı baş nahiyəsindən bıçaqlanıb. 

***

21.45

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 83 yaşlı Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 77 yaşlı Şahirə Muradovanın, oğlu 51 yaşlı Rahil Muradovun və nəvəsi 25 yaşlı Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. 

Polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görür.

Qeyd edək ki, yaralı ailə üzvləri APA-ya bildirib ki, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi döngə 5 ev 4b ünvanındakı mənzilə naməlum şəxs və ya şəxslər quldurluq yolu ilə daxil olub. Onlar talama məqsədilə evə daxil olarkən ailə üzvlərini bıçaqlayıb, ev sahibini öldürüb.

# 8079
avatar

Oxşar yazılar

Bakıda polis maşını qəzaya düşdü,  1 nəfər   - FOTO

Bakıda polis maşını qəzaya düşdü, 1 nəfər - FOTO

9 fevral 2023 , 02:35
Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salındı - FOTO

Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salındı - FOTO

8 fevral 2023 , 21:02
Türkiyədə zəlzələdə ölənlərin sayı  9 mini keçdi   - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 9 mini keçdi - YENİLƏNİB

8 fevral 2023 , 19:28
Azərbaycanda oğlan dayısını kürəyindən VURDU

Azərbaycanda oğlan dayısını kürəyindən VURDU

8 fevral 2023 , 19:11
Tanınmış vəkildən general oğluna qarşı yarım milyonluq DƏLƏDUZLUQ

Tanınmış vəkildən general oğluna qarşı yarım milyonluq DƏLƏDUZLUQ

8 fevral 2023 , 17:50
Azərbaycanda kişi  bədbəxt hadisə   nəticəsində öldü

Azərbaycanda kişi bədbəxt hadisə nəticəsində öldü

8 fevral 2023 , 17:22
Balaəli

"Range Rover"i ilə avtobusun yolunu kəsən Balaəli DANIŞDI

8 fevral 2023 , 16:21
"Respublikanski"də xəstə özünü öldürdü

"Respublikanski"də xəstə özünü öldürdü

8 fevral 2023 , 16:14