Bakıda evdən qızıl oğurlayan dəstə tutuldu
23 noyabr 2023 11:20 (UTC +04:00)

Bakıda evdən qızıl oğurlayan dəstə tutuldu

0

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 20-nə keçən gecə Biləcəri qəsəbəsində evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Emin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5895

Oxşar yazılar