Bakıda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 74 yaşlı Naab Nina Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.