Bakıda evdən kişi meyiti tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evlərdən birində qeydə alınıb.
Tapılan meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 47 yaşlı Cabir Sabir oğlu Xanmuradov olması müəyyən edilib.
Faktla bağlı araşdırılma aparılır.