Oktyabrın 5-də Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 6000 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Əzizov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.