Bakıda evdən külli miqdarda oğurluq edilib.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. X. İskəndərova məxsus evdən 32 min 390 manatlıq avtomobil ehtiyat hissələri oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Ceyhun və Cəsarət Allahverdiyev qardaşları tutulublar.
Onların oğurladıqları katalizatorları Sumqayıtda Kamran adlı şəxsə satdıqları üzə çıxıb.
Araşdırmalar davam edir.