Bakıda ev yandı, xəsarət alan var
26 oktyabr 2025 20:52 (UTC +04:00)

Bakıda ev yandı, xəsarət alan var

0

Bakıda fərdi yaşayış evində yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində qeydə alınıb. Yanğın nəticəsində 1960-cı il təvəlüdlü Əliyev Nəcəf Əli oğlu müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

Xəsarət alan şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Sənan Bəhrəmli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar