Bakıda doğulan qadın vitse-qubernator  oldu
19 noyabr 2025 10:14 (UTC +04:00)

Bakıda doğulan qadın vitse-qubernator oldu

0

Rusiyanın Smolensk vilayətinin yeni vitse-qubernatoru vəzifəsinə vilayətin təhsil və elm naziri Dina Sergeyevna Xnıçova təyin olunub. Bundan əvəvl həmin vəzifəni Vita Xomutova yerinə yetirib.

Lent.az xəbər verir ki, Dina Sergeyevna 23 avqust 1985-ci ildə Azərbaycan SSR-də, Bakı şəhərində anadan olub. 2011-ci ildə “Ümumrusiya Qiyabi Maliyyə-İqtisad İnstitutu”nu “Təşkilatların menecmenti” ixtisası üzrə bitirib.

Əmək fəaliyyəti:

2005–2017-ci illər: Smolensk Peşəkar Təhsil Akademiyasında çalışıb, o cümlədən rəhbər vəzifələrdə.
2017–2023-cü illər: Smolensk vilayəti Təhsil və Elm Departamentinin müavini, daha sonra birinci müavini.
2023–2025-ci illər: Smolensk vilayətinin təhsil və elm nazirinin birinci müavini, daha sonra nazir.
2025-ci ildən: Smolensk vilayəti Hökuməti sədrinin müavini – Təhsil və Elm naziri.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar