Oktyabrın 26-sı 36 yaşlı Pərvanə Tanrıverdiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Xətai rayon prokurorluğu məlumat yayıb.
Araşdırmalarla 41 yaşlı Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.
***
19:44
Oktyabrın 26-də saat 19 radələrində paytaxtın Xətai rayonunda 36 yaşlı Tanrıverdiyeva Pərvanə Mirkazım qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 41 yaşlı Tanrıverdiyev Zamin Teyyub Adil oğlu könüllü polisə gələrək təslim olub.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.