Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, T.Şıxəliyev küçəsində qeydə alınıb.
44 yaşlı Səriyə Əjdərova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İntiharın səbəbləri məlum deyil.
Bildirilir ki, qadının intihar etdiyi ev özünə məxsus olmayıb. O, tanışının evində eyvandan özünü atıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırılma aparılır.