Bakının Sabunçu rayonunda qadın kişini bıçaqlayıb.
Lent.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
Belə ki, Xanlar yaşayış massivində 1978-ci il təvəllüdlü Quliyev Anar Arif oğlu yaşadığı evdə sevgilisi tərəfindən bıçaqlanıb.
O, qarnından iki bıçaq xəsarəti alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.