Bakıda DƏHŞƏT:  Kişi yataq otağının pəncərəsindən özünü atdı - YENİLƏNİB
16 aprel 2024 08:56 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Kişi yataq otağının pəncərəsindən özünü atdı - YENİLƏNİB

Ötən gün Bakıda baş verən intiharla bağlı yeni faktlar üzə çıxıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Abbasov Habil Sulduz oğlu Nərimanov rayonu, Aşıq Alı küçəsi 2B saylı 12 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən evin yataq otağının pəncərəsindən özünə yerə ataraq öldürüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Habil Abbasov 30 ildən çox müddət əsəb xəstəliyindən əziyyət çəkib, bununla əlaqədar 2 nömrəli Klinik Psixiatrik Xəstəxanasında müalicə də olunub. Lakin müalicələr nəticə verməyib. Evdə heç kim olmayan vaxt o özünü binadan atıb.

***

15 aprel, saat 15:56

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Lent.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə Aşıq Molla Cümə küçəsi, 2A ünvanında baş verib.

52 yaşlı Habil Abbasov 11-ci mərtəbədən özünü ataraq intihar edib.  

Habilin xəstəliyi səbəbindən intihar etdiyi güman olunur. 

# 5793
avatar

Oxşar yazılar