Bakıda DƏHŞƏT:  25 yaşlı qadını əri ÖLDÜRDÜ  -YENİLƏNİB
19 avqust 2024 10:35 (UTC +04:00)

Bakıda DƏHŞƏT: 25 yaşlı qadını əri ÖLDÜRDÜ -YENİLƏNİB

Avqustun 17-də Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə Bəxtiyar Vəliyev Sabunçu rayon prokurorluğu tərəfindən həmin Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

***

09:52

Bakıda qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Həsənli Xumar Nəsimi qızı həyat yoldaşı tərəfindən qətlə yetirilib. 

Hadisənin motivi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5622
avatar

Mehman Nəbiyev

Oxşar yazılar