Bakıda kişi faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Propan qaz balonunun qəfil alışması nəticəsində 54 yaşlı Əliyev Mübariz Qurbanəli oğlu ağır dərəcəli yanıq xəsarətləri alıb.
O, dərhal Respublika 5 saylı Yanıq Mərkəzinə yerləşdirilib. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisə nəticəsində M. Əliyevin bədəninin 95 faizi yanıb.
Faktla bağlı araşdırma aparılır.