Bakıda mənzildən meyit tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu, “8-ci km” qəsəbəsində qeydə alınıb.
21 yaşlı Salamov Ruslan Rüstəm oğlu kirayə yaşadığı evdə müəmmalı şəkildə dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü hələ ki bilinmir.
Faktla bağlı araşdırma aparılır.