Azərbaycanda daha bir neçə məhkum həbsxanada ölüb.
Lent.az-ın məlumatına görə, hadisələr Penitensiar Xidmətin Bakı şəhərində yerləşən həbsxanalarında qeydə alınıb.
Məhkumlar - Əlisəfa Əliyar oğlu Yusubov, Təvəkkül Mail oğlu Məmmədov və 31 yaşlı Bəhruz Radik oğlu Nurullayev ölüblər.
Onların xəstəlikdən öldükləri bildirilir.