Bakıda çimərlikdə 3 nəfər boğulub.
Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb. Qobustan qəsəbə sakinləri 20 yaşlı Bayramov Nihad Mürşüd oğlu, 24 yaşlı Babayev Elvin Güləhməd oğlunun və Ələt qəsəbəsi sakini, 21 yaşlı Qasımov Coşqun İlqar oğlu suda boğulublar.
Axtarış tədbirləri ilə bir neçə dəqiqədən sonra N.Bayramovun meyiti dənizdən aşkar edilərək çıxarılıb. C.Qasımovun dənizdən sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. E.Babayevin isə dəniz sularında axtarışı davam etdirilir.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.