Bakıda avtomobildən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Tbilisi prospektində qeydə alınıb.
56 yaşlı Müşfiq Mikayıl oğlu İmanverdiyevin meyiti idarə etdiyi BYD markalı avtomobildə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun hansı səbəblə öldüyü isə bəlli deyil.
Araşdırma aparılır.