Bakıda bir milyonluq dələduzluq edənə HÖKM OXUNDU
25 fevral 2025 10:27 (UTC +04:00)

Bakıda bir milyonluq dələduzluq edənə HÖKM OXUNDU

Bakıda bir milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ceyhun Zeynalov 11 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ittihama görə, Ceyhun Zeynalov pul vəsaitlərini əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları, eyni zamanda istintaqa məlum olmayan başqa üsullarla qanunsuz olaraq Azərbaycan Respublikasına köcürülməsini təşkil etməklə həmin pul vəsaitlərini Bakı şəhəri, Cəlilabad və Masallı rayonu ərazisində istintaqa məlum olmayan yerlərdə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslərin vasitəsilə Azərbaycan manatı ABŞ dolları firmasında əldə edib 478 min manatı Rahil Əsgərovun dediyi şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə Bakı şəhəri ərazisində aidiyyəti üzrə çatdırsa da, həmin pul vəsaitlərindən qalan, yəni zərərçəkmiş şəxs Rahil Əsgərova məxsus olan ümumilikdə 880 min 132 manat pulu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək xüsusilə külli miqdarda dələduzluq edib.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işində 2 nəfər- Rahil Əsgərov və Şaiq Hüseynov zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar