Bakıda binanın 40 sayğacı yandı
27 sentyabr 2021 10:13 (UTC +04:00)

Bakıda binanın 40 sayğacı yandı

Bakıda çoxmərtəbəli binada yanğın olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 50 m² olan elektrik otağında quraşdırılan 40 ədəd sayğac və 25 p.m kabel yanıb. Otaqda olan digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1617
avatar

Mehman Nəbiyev

Oxşar yazılar