Bakıda binada YANĞIN OLDU
13 yanvar 2023 21:36 (UTC +04:00)

Bakıda binada YANĞIN OLDU

Bakı şəhərində yaşayış binasında yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə, 1 ədəd kondisioner və 1 ədəd televizor yanıb.

"Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 3 m² sahədə və hamam otağının 1 ədəd plastikdən ibarət qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

# 1806
avatar

Oxşar yazılar