Ötən gecə Bakının Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerləşən “Zümrüd Residence”də bədbaxt hadisə baş verib.
Lent.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.
TƏBİB-dən bildirilib ki, iyunun 14-də 8 yaşlı oğlan bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hospitalizasiya olunub.
Aparılan bütün zəruri tibbi yardımlara baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.