Bakıda azyaşlı itkin düşüb.
Lent.az xəbər verir ki, Xətai rayonu, Rezervuar küçəsində yaşayan 13 yaşlı E. Kərimli mayın 1-i səhər saatlarında evdən gedərək, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası F. Kərimli polisə müraciətində bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.