Bakıda avtoyuma məntəqəsində 3 avtomobil yandı
07 dekabr 2023 05:09 (UTC +04:00)

Bakıda avtoyuma məntəqəsində 3 avtomobil yandı

Bakının Suraxanı rayonunda avtoyuma məntəqəsində yanğın olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Yanğın nəticəsində üç avtomobil yanıb. Yanğın zamanı “Mercedes Vito” tam, “Toyota Prius” və “Mercedes” markalı minik avtomobilləri isə qismən yanıb. 

Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4263
avatar

Oxşar yazılar