Bakının avtomobil yolu keçmək istəyən qadını vuraraq öldürüb.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Tağı Nurəddin oğlu idarə etdiyi "KIA" markalı avtomobillə hərəkətdə olarkən Sabunçu qəsəbəsində "Bolmart" supermarketin yaxınlığında ehtiyatsızlıqdan yolu keçən piyada - 1963-cü il təvəllüdlü Yeganə Həmzə qızı Məmmədhəsənovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.