Bakıda apellyasiya şikayəti edəni  aldadıb pulunu aldı
24 dekabr 2022 17:16 (UTC +04:00)

Bakıda apellyasiya şikayəti edəni aldadıb pulunu aldı

Bakıda bir neçə nəfərə qarşı dələduzluq hadisəsi olub.

Lent.az-ın məlumatına görə, paytaxt sakini E. Həşimov bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilir.

İttiham aktına görə, E. Həşimov Dağıstanda ali təhsil alan gənc oğlana diplomunun Azərbaycanda tanınmasına kömək edəcəyini bildirib. Bu yolla ondan 8 min manat alıb. Zərərçəkmişlərin birinə Almaniyadan “Kia Rio” markalı avtomobil gətirəcəyi adı ilə onun 6 min manat pulunu ələ keçirib.

Bundan əlavə E. Həşimov vətəndaşlardan birini verdiyi apellyasiya şikayətini təmin etdirəcəyinə inandırıb. Bu yolla ondan 4 min manat pul alıb. Zərərçəkənlərin hamısı E. Həşimovun tanışlarıdır. Belə ki, əməllər tanışlıq yolu ilə törədilib.

Ancaq pullarını verən vətəndaşlar ortada nə pulun, nə də istəklərinin olmadığını görərək, hüquq-mühafizə orqanlarına üz tutublar.

Hazırda E. Həşimov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onun işinə Nərimanov rayon Məhkəməsində baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2409
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21