Bakıda itkin düşən yeniyetmə tapılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Lent.az-a bildirib ki, itkin düşmə kimi axtarışa elan edilmiş 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
***
09:23
Bakıda yeniyetmə oğlan itkin düşüb.
Lent.az xəbər verir ki, Nizami rayonu Babək prospektində yaşayan 16 yaşlı Əhmədov Maarif Nicat oğlu mayın 5-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, oğlu itkin düşməzdən əvvəl anası ilə ailə-məişət zəminində mübahisə edib.
Hazırda Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən yeniyetmənin axtarışları aparılır.