Bakıda ana və qızı itkin düşüb.
Lent.az xəbər verir ki, Suraxanı rayonu Binə qəsəbəsi südçülük sovxozunda yaşayan 38 yaşlı Heydərova Aygün Vaqif qızı 14 yaşlı qızı Şölə ilə birgə evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun əri polisə müraciətində bildirib.
Hazırda ana və qızının tapılması istiqamətində Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində araşdırma aparılır.