Bakıda ahıl kişini avtomobil vurdu
10 yanvar 2024 05:36 (UTC +04:00)

Bakıda ahıl kişini avtomobil vurdu

0

Bakının Suraxanı rayonunda yol qəzası zamanı 83 yaşlı kişi xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Şadlıq sarayının qarşısından keçən 1941-ci il təvəllüdlü Namazov Rəhim Hüseyn oğlunu minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlıaraşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3747

Oxşar yazılar