Bakıda ağac kəsən müharibə veteranlarına cinayət işi açıldı
06 oktyabr 2021 17:35 (UTC +04:00)

Bakıda ağac kəsən müharibə veteranlarına cinayət işi açıldı

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Z.Bünyadov prospektinin kəsişməsindəki yaşıllıq zolağında 60 ədəd ağacın özlərini “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən kəsilərək məhv edilməsi ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, həmin ərazidə ağacların kəsilməsi ilə əlaqədar Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində vətəndaş müraciətləri əsasında araşdırma aparılıb. Toplanmış material Nərimanov rayon prokurorluğu tərəfindən öyrənilməklə fakta görə Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

Hazırda  iş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45