Bakıda daha bir məhkum ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar xidmətin müalicə müəssisəsində qeydə alınıb.
Orada müalicə alan Cənnət Məcidov vəfat edib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, 66 yaşlı Cənnət Məcidov əvvəllər 7 dəfə məhkumluq həyatı yaşayıb. Onlardan 4-ü qanunsuz olaraq silah gəzdirmə, 1-i oğurluq, 2-si isə narkotik maddələrin alqı-satqısına görə olub. Sonuncu dəfə o, 2021-ci il mart ayında, “Makarov” markalı tapançanı satarkən tutulub.
Cənnət Məcidov